Ölkənin ilk və tək əlcək istehsalçısı olan “Xanni-2017” MMC 2017-ci ildə Gəncə şəhərində fəaliyyətə başlamışdır. Şirkətimiz fəaliyyət müddətinin qısa olmasına baxmayaraq istehsal etdiyi məhsullarla bazarda fərq yaratmağa nail olmuşdur. İnşaat sektorunda, gəmiqayırma, ağac emalı sənayesində, neft emalı və başqa sahələrdə istifadə oluna bilən əlcəklərimiz keyfiyyətinə görə, ölkəyə idxal olunan digər eyni adlı məhsulları geridə qoymağı bacarır. Qarşıya qoyulan başlıca məqsədin müştəri məmnuniyyəti olduğundan işçi heyyətimiz öz işlərinə məsuliyyətlə yanaşır və bunun nəticəsində tərəfdaşlarımızın sayı günbəgün artmaqda davam edir. İstifadəsinin rahat olmağına görə seçilən əlcəklərimizlə qısa müddətdə partnyorlarımızın rəğbətini qazana bilmişik.

İstehsalında yüksək keyfiyyətli xammaldan istifadə olunan əlcəklərimiz beynəlxalq standartlara cavab verən avadanlıqlar vasitəsilə tikilir. Uyğunluq sertifkatı almış məhsullarımız, müəyyən edilmiş keyfiyyət və təhlükəsizlik tələblərinə tam cavab verir.

Daxili bazarda məhsullarının satışını həyata keçirməklə yanaşı, beynəlxalq arenaya da çıxmağa nail olan “Xanni-2017” MMC, 2018-ci il ərzində Qazaxıstan, Gürcüstan və Rusiya şirkətləri ilə əməkdaşlıq etmişdir. Məqsədimiz təkcə ölkə hüdudları daxilində deyil, beynəlxalq bazarlarda da tanınaraq “Made in Azerbaijan” brendi altında Azərbaycanı yüksək səviyyədə təmsil etməkdir.

Bizim üçün əsas müştəri məmnuniyyəti, sonra maddiyatdır!