Zavodumuzda 4 çeşiddə əlcək istehsal olunur. Bu əlcəklər sapın hörmə dərəcəsinə və örtüyünə görə fərqlənirlər. Müştərinin istəyindən asılı olaraq qara, sarı və narıncı rəngli, fərqli keyfiyyətdə əlcək təqdim edə bilirik. Keyfiyyətli xammaldan hazırlanan əlcəklərimiz əldə rahat qalır, istifadəsi asandı və ən əsası da əli tərlətmir. Beynalxalq standartlara cavab verən avadanlıqlarda tikilən bu əlcəklərin sapları sökülmür və uzun müddət istifadə oluna bilir.